Azərbaycandan Almaniyaya çarter reysi təşkil ediləcək

  • Avropa
  • 05 May 23:54
  • 139 Oxunma
img
+    -

Almaniyada yaşamaq icazəsi olan Azərbaycan vətəndaşları mayın 11-də Bakıdan bu ölkənin Frankfurt şəhərinə planlaşdırılan çarter reysindən istifadə edəcəklər.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. 

Məlumata görə, birtərəfli uçuş təxminən 230 avroya başa gələcək.

“Əlavə məlumatlar hələ məlum deyil və mümkün qədər ən qısa zaman ərzində bildiriləcək. Bu səbəbdən yaşamaq icazəsi olan şəxslərdən pasport və yaşayış icazəsinin bir nüsxəsini bu gün ən gec saat 14:00-a qədər [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Uçuş yerlərinin tükəndiyi halda Almaniya /Avropa İttifaqı ölkələrindən olan vətəndaşların əcnəbi ailə üzvlərinə habelə sistem üçün vacib olan müvafiq peşə qruplarına üstünlük veriləcək", - məlumatda qeyd olunub. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar