Azərbaycanlı ailə Almaniyadan deportasiya edilir - VİDEO

  • Avropa
  • 29 Mar 12:51
  • 207 Oxunma
img
+    -

Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşı Samir Aşurov ailəsi ilə birlikdə deportasiya mərkəzinə aparılıblar. Xeber.de-nin əldə etdiyi məlumata görə, martın 29-u səhər saatlarında polis və miqrasiya əməkdaşları Samir Aşurovun yaşadığı ünvana gəliblər. Aşurovun xanımının iddiasına görə, polis əməkdaşları həyat yoldaşı ilə olduqca kobud rəfdar ediblər. Telefon və vacib əşyalarını götürməyə belə imkan vermədən onları polis avtomobilinə əyləşdiriblər. 
Aşurov ailəsini daha sonra Münhen hava limanı nəzdindəki deportasiya mərkəzinə aparıblar. Aşurov ailəsinin bu gün Azərbaycana deportasiya edilməsi gözlənilir. 
Məlumat üçün bildirək ki, Samir Aşurov bir müddət əvvəl Nürenberq şəhərində yerləşən Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin mərkəzi binasının qarşısında çadır quraraq tək nəfərlik etiraz aksiyası keçirmişdi. 
Sığınacaq üçün dəfələrlə rədd cavabı alan S.Aşurov  iddia edirdi ki, sözügedən federal idarə onun işinə düzgün baxmır. 

 

Oxşar yazılar