Azərbaycanlı ailə tətil üçün gəldikləri Almaniyadan sığınacaq istədi

  • Avropa
  • 11 Mar 21:31
  • 467 Oxunma
img
+    -

Almaniyaya tətilə gəldiyini iddia edən azərbaycanlı ailə üç aydır ki, qaçqın düşərgəsində qalır.  Xeber.de alman “Passauer Neue Presse" (PNP) saytına istinadən xəbər verir ki, altı nəfərdən ibarət Əsədovlar ailəsi - 30 yaşlı Nuray Əsədova, qardaşı Hüseyn, anası Rada,  qaynanası Rəhilə və uşaqları Rada və Atilla Pirna yaxınlığında  A17  avtobanı ərazisində polis tərəfindən saxlanılıblar. Ailə iddia edir ki, polis məmurları onların pasportlarını və üzərlərində olan 5200 avro nağd pul vəsaitini müsadirə edib. 

Ailə sözügedən nəşrə bildirib ki, sığınacaq üçün necə müraciət edəcəklərini bildikləri halda, bunu etməyiblər, çünki Almaniyaya turist kimi gəliblər.

Pirna Federal Polis İdarəsindən Kristian Maynhold tətil versiyasına inanmır: “Ailənin ölkəyə qanunsuz daxil olması araşdırılır. 3 dekabr 2019-cu ildə təqdim edilən Latviya vizası qısa müddətli olub və onlar Latviyadakı otel bronunu ləğv edərək Almaniyada qalmaq istəyiblər”.

Polisin bildirdiyinə görə, onların ölkədən çıxarılması dekabrın 6-na təyin edilibmiş, ancaq ailə sığınacağı özbaşına tərk edib. Əsədovlar ailəsi bundan sonra Hanoverdə qaçqın statusu üçün müraciət edib. Daha sonra sığınacaqla bağlı müraciətlərini geri götürən azərbaycanlılar könüllü ölkələrinə qayıtmaq istədiklərini bildiriblər. 

Hazırda onlar Deggendorf (Bavariya əyaləti)  şəhərindəki deportasiya ediləcək olanların saxlanıldığı düşərgədə qalırlar. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar