Azərbaycanlı ailə üçün petesiya yaradıldı

  • Avropa
  • 27 İyl 01:49
  • 222 Oxunma
img
+    -

Almaniyadan sığınacaq istəyən daha bir azərbaycanlı ailə barəsində könüllü ölkəni tərk etmələri ilə bağlı qərar çıxarılıb. Xeber.de – nin məlumatına görə, Change.org saytında Həşimovlar ailəsi petesiya yaradıb. Petensiyada qeyd edilir ki,  4 il 6 aydır Almaniyanın Mönxenqladbax şəhərində yaşayan ailə barəsində Düsseldorf şəhər Məhkəməsi ölkəni tərk etmələri ilə bağlı qərar çıxarıb. 
3 uşağı və həyat yoldaşı ilə Almaniyada uğurlu inteqrasiya keçdiyini söyləyən Rövşanə Həşimova Azərbaycanda uşaq baxıcısı kimi 10 illik bir təcrübəyə sahib olduğunu, lakin hazırda yaşamaq icazəsi ilə bağlı problemlərə görə çalışmadığını qeyd edib. 
O bildirib ki, həyat yoldaşının Azərbaycanda pərakəndə satış mağazası olub və Almaniyaya gəlməzdən əvvəl onların obyektləri yandırılıb. 
“Həmin hadisədən sonra yoldaşım psixoloji cəhətdən zəifləyib. Hazırda o xəstəliyi ilə bağlı müxtəlif dərman pereparatları qəbul edir. 8, 9, 12 yaşındakı övladlarımız məkətəb gedir. Məni ən çox üzən isə, övladlarımın çox sevdikləri məktəblərindən ayrı düşmələri olacaq. Çünki onların burada çoxlu dostları var. Bu səbəbdən Almaniyadan ayrılmaq istəmirlər” – deyə R.Həşimova qeyd edib. 

https://www.change.org/p/petition-wir-m%C3%B6chten-in-deutschland-bleiben?recruiter=1134922503&utm_source=share_petition&utm_campaign=share_for_starters_page&utm_medium=whatsapp&utm_content=washarecopy_23699123_tr-TR%3A3&recruited_by_id=a343dfc0-ce63-11ea-8d54-c7d64111094b

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar