Azərbaycanlı iş adamına məxsus restoran yandırıldı – Foto/ Video

  • Avropa
  • 30 Noy 10:32
  • 930 Oxunma
img
+    -

İsveçin Göteburq şəhərində azərbaycanlı iş adamına məxsus restoran yandırılıb. Xeber.de-nin məlumatına görə, naməlum şəxs və ya şəxslər gecə saatlarında azərbaycanlı iş adamı Kənan Hacıəkbəroğluna məxsus “Vitt Hem - Qarabağ” restoranına molotov kokteyli atıblar. Nəticədə restoran yanaraq, tam yararsız hala düşüb. Hadisə yerinə polis və yanğınsöndürənlər gəliblər.

K.Hacıəkbəroğlu Xeber.de-yə açıqlamasında bildirib ki, polis ona yanğından sonra məlumat verib : “Mən əraziyə gəlib çatanda, restoran tamamilə yanmışdı. İçəridən bir əşya belə çıxara bilmədik. Ehtimal var ki, içəri molotov kokteyli bənzəri bir şey atıblar və bu da yanğına səbəb olub. Mən ermənilərdən şübhələnirəm. Ancaq istintaqın nəticəsini gözləməliyik. Görək, onlar nə deyəcəklər”.
Məlumat üçün bildirək ki, Kənan Hacıəkbəroğlu əslən Azərbaycanın Ağdam şəhərindəndir. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Sənan Rüstəmov adlı qardaşı qəhərmancasına şəhid olub. 
O, əfsanəvi döyüşçü Hacı Əkbər Rüstəmovun oğludur

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar