Azərbaycanlı jurnalist Almaniyadan deportasiya edildi - VİDEO

  • Avropa
  • 15 Sen 02:02
  • 266 Oxunma
img
+    -

Azərbaycanlı jurnalist Röya Rəfili 3 övladı ilə birlikdə Almaniyanın Düsseldorf şəhərindən Bakıya deportasiya olunub. “Xeber.de”nin məlumatına görə, sentyabrın 13-ü gecə saatlarında jurnalistin evinə gələn miqrasiya idarəsinin əməkdaşları və polislər onu və 3 övladını əvvəlcə Münhen, daha sonra isə, Düsseldorf hava limanına aparıblar. 
Azərbaycanda “ANS”, “Yeni Müsavat”, “Kanal13” kimi media quruluşlarında çalışan Röya Rəfili 2017-ci ildə iki övlad ilə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyib. O, Almaniyada Əfqanıstan vətəndaşı ilə ailə həyatı qurub və bu izdivacdan bir qız övladı olub.
Məlumat üçün bildirək ki, ötən gün bir qrup azərbaycanlı Almaniyadan deportasiya edilib. Təyyarə axşam saatlarında Bakıya enib və deportasiya edilən vətəndaşlarımız "Atletlər kənd"inə aparılıblar. "Atletlər kəndi"ndən bildiriblər ki, deportasiya olunan vətəndaşlarımız covid-19 testindən keçdikdən sonra karantində saxlanılacaqlar.

Oxşar yazılar