Azərbaycanlı jurnalist Almaniyadan deportasiya edilir

  • Avropa
  • 13 Sen 23:22
  • 1835 Oxunma
img
+    -

2017-ci ildən Almaniyada yaşayan azərbaycanlı jurnalist Röya Rəfili Azərbaycana deportasiya edilir. Bunu “Xeber.de”yə jurnalistin özü deyib. “Deportasiya üçün evimizə gəldilər. Hazırda bizi Düsseldorf hava limanına aparırlar. Azərbaycana deportasiya edəcəklər”- deyə, jurnalist bildirib. 
Məlumat üçün bildirək ki, Röya Rəfili Azərbaycanda “ANS”, “Yeni Müsavat” və “Kanal 13” kimi media quruluşlarında çalışıb. 2017-ci ildə Almaniyaya gələn R.Rəfili bu ölkədən sığınacaq istəyib. 

Oxşar yazılar