Azərbaycanlı məktəbli erməni rəqibinə qalib gəldi - FOTO

  • Avropa
  • 23 Dek 15:42
  • 504 Oxunma
img
+    -

Almaniyanın Reynland-Pfalts əyalətində keçirilən rəsm müsabiqəsində azərbaycanlı məktəbli Selin Əlizadə rəqiblərinə qalib gələrək, birinci yerə layiq görülüb. Xeber.de-nin məlumatına görə, “Qəzalar məktəblilərin gözü ilə” adlı rəsm yarışmasında 6-cı sinifdə təhsil alan 3600-dən çox məktəbli iştirak edib.  Münsiflər heyyətinin qiymətləndirməsindən sonra ötən gün keçirilən xüsusi tədbirdə qaliblər elan olunub.

Yarışmada birinci yerə Selin Əlizadə adlı azərbaycanlı layiq görülüb. Onun rəqibi erməni məktəbli isə, ikinci yeri tutub. Münsiflər heyyətindən bildirilib ki, azərbaycanlı məktəbli 2 və 3-cü yerə çıxanlardan daha çox xal toplayıb. Onun qəza ilə bağlı çəkdiyi rəsm əsəri tədbir iştirakçılarının da marağına səbəb olub.

Qalib azərbaycanlı qiymətli hədiyyə və xüsusi diplomla mükafatlandırılıb. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Oxşar yazılar