Almaniyada yaşayan tanınmış azərbaycanlı müğənni Seyran İsmayılxanovun ilk “Stream konsert”i baş tutub. “Xeber.de”ye açıqlamasında müğənni bildirib ki, “Qafqazın ruhu” adlı konsert proqramının çəklişləri artıq tamamlanıb.
“Konsertdə 90-95 % Azərbaycan xalq və estrada mahnılarını oxumuşam. Artıq hər kəs, hansı ölkədə yaşamasından aslı olmayaraq, onlayn şəkildə müvafiq keçidə daxil olmaqla, konserti izləyə bilər”- deyə, müğənni bildirib.
Müğənni bildirib ki, “Qafqazın ruhu” adlı konsert proqramı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.