“Azərbaycanlıların Avropadan çıxışına icazə verilmir” - VİDEO

  • Avropa
  • 14 Mar 01:17
  • 1935 Oxunma
img
+    -

“Türkiyə-Gürcüstan Sarp sərhəd keçid məntəqəsində yüzlərlə azərbaycanlı gözləyir. Gürcüstan tərəfi bizi buraxmır və səbəb kimi Avropadan gəlməyimizi göstərir”. Bunu Xeber.de-yə Polşada fəaliyyət göstərən “Severa Group”un rəhbəri Rəşad Quliyev deyib. Onun sözlərinə görə, koronavirus səbəbi ilə Gürcüstan-Azərbaycan sərhəddinin bağlanması və Avropadan gələnlərin 14 günlük məcburi karantin altına alınması iş adamlarına böyük ziyan vurub. 

 “Mənim kimi onlarla həmvətənimiz Avropadan 20-25 gün əvvəl Gürcüstana gəlmişik. 14 günlük karantin müddətində səhhətimizdə hər hansı bir dəyişiklik qeydə alınmayıb. Eyni zamanda həkim nəzarətində olmuşuq. Heç bir şərait yoxdur. Polis deyir maşında gözləyin. Yemək , su verilmir. İstifadə üçün cəmi bir tualet var”- deyə R.Quliyev bildirib.

İş adamının sözlərinə görə, Bolqarıstan da Türkiyə ilə sərhəddini bağlayıb: “Avropadan qida, geyim, avtomobil gətirən şirkətlərə aid TIR-lar Bolqarıstanda qalıblar. Onlar da 14 günlük karantində saxlanılacaqlar. Türkiyə ilə sərhəddin nə vaxt açılacağı bilinmir. Təbii ki, bu həmvətənlərimizə çox böyük maddi ziyan vuracaq. Xüsusilə, qida sektorunda çalışan və Avropadan Azərbayana malı gətirən iş adamlarına böyük zərbə dəyəcək. Düşünürəm ki, sərhəddi bağlamamışdan 5-6 gün qabaq mətbuat vasitəsi ilə məlumat yaymaq lazım idi. Həmvətənlərimiz səfirliklə əlaqə saxlayıblar. Onlara bildiriblər ki, bu hökumətin verdiyi qərardır və məcbur 14 gün Bolqarıstanda qalmalısız”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya arasında telefon danışığı olub. Hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib. 

Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxmasını, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz də fəaliyyət göstərəcək.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar