Azərbaycanlıların deportasiyası baş tutmadı 

  • Avropa
  • 04 Sen 00:49
  • 164 Oxunma
img
+    -

Almaniyada sığınacaq istəkləri qəbul edilməyən və barələrində deportasiya qərarı çıxarılan Azərbaycan vətəndaşlarının növbəti kütləvi deportasiyası baş tutmayıb. Bu barədə Xeber.de –yə Almaniyada yaşayan miqrasiya məsələləri üzrə ekspert, hüquqşünas Əlövsət Əliyev məlumat verib.

Onun sözlərinə görə, ötə gecə Almaniyadan Bakıya planlaşdırılan çarter reysi naməlum səbəbdən təxirə salınıb: “H.Əliyev adına hava limanına qəbul olunacaq reyslərin siyahısından Almaniyadan gözlənilən reys bir gün öncə çıxarılıb. Mətbuatın məlumatına görə, Almaniyada qaçqın statusu üçün müraciət etmiş və müraciətlərinə rədd cavabı veriləndən sonra orada qanunsuz yaşayan 50-yə yaxın azərbaycanlı readmissiya sazişinə uyğun olaraq ölkəyə qaytarılması planlaşdırılmışdı”.
 
Hüquşünas bildirib ki, kütləvi deportasiya qanunla qadağandır. Eyni zamanda kütləvi deportasiya insanları malik olduqları qaçqun stasusu üçün müraciət etmək hüququndan çəkindirmək cəhdidir.

© Xeber.de

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar