Başını kəsib, məhkəmənin önünə atdı - VİDEO

  • Avropa
  • 01 İyl 01:02
  • 345 Oxunma
img
+    -

 

Hadisəni törətməkdə şübhəli bilinən 38 yaşlı mərakeşli Həsən uzağa getmədən polis tərəfindən saxlanılıb. Saxlanılarkən məlum oldu ki, o, narkotik maddənin təsiri altındadır. 44 yaşlı liviyalı Murad ağır xəstəlikdən əziyyət çəkirmiş. O, öldükdən sonra Həsən onun başını kəsərək, qara sellofan torbaya qoyub və Reyn çayı sahilindən təxminən 1-2 kilmetr uzaqlıda yerləşən Bonn şəhər məhkəməsinin qarşısına gəlib. O sellofan torbanı giriş qapısının önünə ataraq uzaqlaşıb. Lakin narkotik vasitənin təsiri aldında olduğu üçün çox uzağa gedə bilməyib. Polis tərəfindən saxlanılan zaman da müqavimət göstərməyib. O, polisə xəstə olan Muradın öldükdən sonra başını kəsdiyini deyib. 38 yaşlı Həsən şəhərdəki ruhi xəstələr üçün olan müalicə müəssisəsinə yerləşdirilib. 
“Bild” qəzetinin araşdırmasına görə, Həsən və Murad evsiz olduqları üçün uzun müddətdir bələdiyyənin onlar üçün təşkil etdiyi sığınacaqda bir otaqda gecələyirmişlər. Həsən polisdə narkotik istifadəçisi və oğru kimi qeydiyyatda olub. Hətt o, 2 il yarım Kölndəki həbsxanada cəza çəkib. 
Bonn Kriminal Polisi Həsənin Murad öldükdən sonra onun başını hansı alətlə kəsdiyini hələ ki, öyrənə bilməyib. Bonn məhkəməsi ilə Bulvar arasındakı bütün zibil qutularında axtarış aparılsa da, bir nəticəsi olmayıb. 
Həsənin cəzasına gəlincə, onun bu əməli sübut olunarsa o, qəsdən adam öldürmə maddəsi ilə yox, Almaniya Cinayət Qanunun “Ölülərin dincliyini pozmaq” ittihamı ilə mühakimə olunacaq. 

© Fərahim QASIMOV

Oxşar yazılar