Almaniyada Avropa Birliyinin (AB) rəmzlərini və ya başqa bir ölkənin bayrağını yandıran və ya zədələyənlərə 3 ilə qədər həbs cəzası veriləcək. Xeber.de -nin məlumatına görə, Almaniyadakı Federal Dövlət Nümayəndələr Palatasında "AB Bayrağının və Himninin Qorunması" ilə əlaqədar Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi Xristian Birliyi (CDU / CSU) partiyalarının və Sosial Demokrat Partiyasının səsləri ilə təsdiqlənib. Dəyişikliyə görə, Almaniyada hər hansı bir ölkənin bayrağını yandıran, zədələyən və ya müxtəlif formada təhqir edən hər kəsə 3 ilə qədər həbs cəzası veriləcək.
Almanya üçün Alternativ Partiyası (AfD) , Azad Demokrat Partiyası (FDP) və Sol Partiya (Die Linke) bu qanunun düzəlişinin lehinə səs veriblər. Alman KİV-lərindəki şərhlərdə qanunun dəyişdirilməsinə səbəb kimi son illərdə Berlində tez-tez İsrail bayrağının yandırılması göstərilib.
Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə QOŞUL!
Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!