Belçikalı həkimlər baş nazirə belə etiraz etdilər - VİDEO

  • Avropa
  • 18 May 01:23
  • 329 Oxunma
img
+    -

Belçikada həkimlər xəstəxananı ziyarət edən baş nazir Sofi Vilmesə etiraz olaraq aksiya keçiriblər. Xeber.de -nin məlumatına görə,  baş nazir paytaxt Brüsseldəki Sen Pyer xəstəxanasına yollanıb. Onun korteji xəstəxananın reanimasiya bölməsinə yollananda yol kənarına düzülmüş həkimlər, sanitarlar və tibb bacılarını etiraz əlaməti olaraq arxalarını Vilmesə çeviriblər.

Baş nazir maşından düşüb binaya girəndən sonra həkimlər geri dönərək özlərinə əl çalmağa başlayıblar.

Həkimlərin bu etiraz aksiyasının səbəbi koronavirus pandemiyasının ölkədə tüğyan etdiyi dönəmdə virusa yoluxanların müalicə olunduğu xəstəxanalara yetərincə maliyyənin ayrılmaması, ən başlıcası isə həkimlərin "sanitar böhranı dönəmində məcburi qaydada işə çıxması" barədə hökumətin qərarıdır.

Qərar həkimlərin normadan xeyli artıq, özü də ödənişsiz çalışmalarını "norma" kimi təsbitləyib.

Oxşar yazılar