Bələdiyyə binasına görə referendum keçiriləcək

  • Avropa
  • 14 Fev 20:46
  • 65 Oxunma
img
+    -

Almaniyanın Ahlen şəhərində bələdiyyə binasının sökülüb, yerində yenisinin inşa edilməsi layihəsinə görə referendum keçiriləcək. Xeber.de-nin məlumatına görə, Şimali Reyn Vestfaliya Əyalət Parlamentinin binanın sökülüb, yerində yenisinin tikilməsinə razılıq verdiyi projeyə yalnız 3 deputat qarşı çıxıb. Deputlar bununla bağlı Münster İdarə Məhkəməsinə müraciət edib. Məhkəmə bələdiyyə binası ilə bağlı referendum keçirilməsinə qərar verib. 

Qərara görə dövlətə 25 milyon avroya başa gələcək layihənin icrası Ahlen şəhər sakinlərindən soruşulmalıdır. Referendumun bu il, martın 8-də keçirilməsi ilə bağlı qərar qəbul edilib. 

Məlumat üçün bildirək ki, 750-dən çox işçinin çalışdığı Ahlen şəhər bələdiyyə binası 1975-ci ildə istifadəyə verilib. 7 mərtəbəli binanın pəncərələri açılmır və 24 saat kondisioner işləyir. Bu da öz növbəsində orada çalışanların səhhətinə çox pis təsir edir. 

Foto  © Xeber.de

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar