Berlində oyun parkları açılacaq

  • Avropa
  • 24 Apr 23:33
  • 245 Oxunma
img
+    -

Almaniyada koronavirus səbəbindən bağlı olan uşaq oyun parkları açılacaq. Xeber.de-nin məlumatına görə, ölkədə koronavirus pandemiyas ilə bağlı qadağaların yumşaldılmasına başlanılıb. 

Onlardan biri də uşaqlar üçün nəzərdə tutulan və yerli şəhər bələdiyyələrinin balansında olan oyun parklarının açılmasıdır. 

Qərara görə aprelin 30-dan etibarən paytaxt Berlindəki oyun parkları üçün tətbiq olunan qadağa aradan götürüləcək. 

Oyun parkları açılsa da, 1,5 metrlik sosial məsafə və digər şərtlərə də əməl olunması tələb oluncaq. 

Artıq bununla bağlı şəhər bələdiyyəsi oyun parklarının girişinə vurmaq üçün xüsusi bildiriş lövhələri hazırlatdırıb. 

Foto © Xeber.de

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar