Bethovenin Bonn şəhərindəki heykəli götürülüb – FOTO / VİDEO

  • Avropa
  • 09 Yan 01:39
  • 123 Oxunma
img
+    -

Dahi alman bəstəkarı və pianoçusu, Vyana klassik məktəbinin sonuncu nümayəndəsi Lüdviq van Bethovenin Almaniyanın Bonn şəhərində yerləşən heykəli götürülüb. Xeber.de-nn məlumatına görə, bəstəkarın anadan olduğu Bonn şəhərininin “Münsterplatz” meydanında 1845-ci ildə qoyulan və 1987-ci ildən dövlət tərəfindən qorunan abidlər siyahısına salınan heykəlində paslanma müəyyən olunub. Bonn bələdiyyəsindən isə bildirilib ki, abidədəki problem təkcə paslanma ilə əlaqəli deyil, gözlə görünməyən eroziya da var. 
Ötən gün 3,2 tonluq abidə və onun 3,4 tonluq sütünü qaldırıcı kran vasitəsi ilə “Recovis” adlı şirkətin Bonn şəhərində kirayələdiyi emalatxanaya aparılıb. Tarixi abidə və obyektlərin restavrasiyası ilə məşğul olan “Recovis” şirkəti heykəli pasdan təmizləyib, eroziyanı aradan qaldırıb, rəngləməyə görə hökumətdən 60 min avro alacaq. 

 

Oxşar yazılar