“Bit bazar”ından aldığı divar saatından 50 min Mark çıxdı

  • Avropa
  • 29 Dek 23:28
  • 352 Oxunma
img
+    -

Almaniyada bir nəfər “bit bazarı”ndan aldığı divar saatının içindən  50 min Mark (Almaniyanın əvvəlki pu vahidi) tapıb. Xeber.de-nin məlumatına görə, Almaniyanın Aurich şəhərində qeydə alınıb. Belə ki, şəhərdə bazar günləri təşkil olunan “bit bazarı”ndan 1 avroya divar saatı alan şəxs evə gəldikdən sonra onu söküb.

Bu zaman saatın içində bükülmüş halda 50 min Mark (Avro qarşılığı 25500) tapan şəxs onu bələdiyyənin itən əşyalarla məşğul olan idarəsinə təslim edib. 6 ay içərisində sahibi tapılmayan saatın içindən tapılan pul həmin şəxsə qaytarılıb. 

O, pulun saxlanıması üçün bələdiyyəyə 576 Avro dövlət rüsumu ödəyib.  / Foto ©  xeber.de

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Oxşar yazılar