“Bizi boş yerə xəstəxanada saxladılar” - Duyğu Hatton

img
+    -

“Bu gün xəstəxanada bir yerdə qaldığımız bir ailədəyik. Bizə qalmağa ev təklif edildi, ona baxacağıq, daha sonra doğum üçün Bakıda bir xəstəxanaya gedəcəyik”.  Bunu Xeber.de-ye açıqlamasında gəldikləri Azərbaycanda koronavirusa görə karantin altına alınan Duyğu Hatton söyləyib. Onun sözlərinə görə, İrandan Azərbaycanın Astara şəhərinə keçərkən  sərhəddə yoxlama zamanı həyat yoldaşı, Almaniya vətəndaşı Timmy Hattonun temperaturu 37.1 çıxıb, özünün temperaturu qaydasında olub: “Bizi tez Astara şəhərindəki xəstəxanaya gətirdilər. Burda koronavirusa görə test verdik və testimiz neqativ çıxdı. Mən 8 aylıq hamiləyəm, orada olarkən də bildirdim ki, biz təcili Türkiyəyə getməliyik. Hələ o zaman Azərbaycan nə Gürcüstanla, nə də Türkiyə ilə sərhəddini bağlamışdı. Lakin, bizi boş yerə xəstəxanada saxladılar”.

D.Hatton bildirib ki, Astarada xəstəxana şəraiti çox ağır olub: tualetlərdə su olmayıb, karantində qalanların otaqları soyuq olub: “Axşamlar otaqlar soyuq olurdu, istilik sistemi işləmirdi. Buna etiraz edən olarsa, tez polis çağırırdılar. Mənim də polislərlə mübahisəm düşüb. Bizim pasportumuzu özümüzə qaytarsaydılar, biz çoxdan Türkiyədə idik. Xüsusilə, İrandan gələn Azərbaycan vətəndaşları ilə çox pis rəfdar edirdilər. Hətta biz eşitdik ki, xəstəxananın yeməklərindən zəhərlənən olub, ancaq koronavirus qorxusuna görə bunu deməyib. Başa düşürəm bütün dünya bu virusa hazırlıqsız yaxalandı. Bunu hardasa başa düşmək olar. Bizi üzən, insanlarla çox pis rəfdar edilməsi idi”.

D.Hatton qeyd edib ki, həyat yoldaşı ilə birlikdə iki ildən çoxdur ki, karanavanda yaşayır: “Həyat yoldaşım Timmy Almaniya, mən isə Türkiyə vətəndaşıyam. İki ildir ki, karavanda, öz ölkələrimizin xaricində yaşayırıq. Astarada bizi boş yerə gözlətməsəydilər, biz Türkiyəyə rahat bir şəkildə gedib çatacaqdıq. Artıq Türkiyə koronavirusa görə sərhədlərini bağlayıb. Almaniyaya getməyimiz üçün də mənim viza almağım lazımdır. Almaniya Səfirliyinə bizim koronavirusla bağlı nəticələrimiz də gec göndərildi. Artıq mənim hamiləliyim səbəbi ilə, təyyarə ilə də Türkiyəyə gedə bilmirik. Ancaq Türkiyə bizim ikimizi də qəbul etsə, öz karavanımızla, heç kimlə təmasda olmadan, Azərbaycandan çıxa bilərik”

Məlumat üçün bildirək ki, cütlük bu ilin yanvar ayında karavanları ilə Hindistandan Türkiyəyə doğru yola düşüb. Hindistanda karavanlarına hücum olub, lakin onlar Pakistana, oradan da İrana keçməyi bacarıb, Azərbaycana gəliblər. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar