BMT önündə Ordumuza dəstək və Qarabağ aksiyası keçiriləcək

img
+    -

Avropada yaşayan bir qrup həmvətənimizin təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Almaniyanın Bonn şəhərində yerləşən nümayəndəliyi qarşısında Azərbaycan Ordusuna dəstək və Qarabağ aksiyası keçiriləcək. Xeber.de-nin məlumatına görə, avqustun 21-i, yerli vaxtla saat 12:30-da keçiriləcək aksiyada BMT-dən Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarını dərhal boşaltması ilə bağlı qəbul olunan dörd qətnamənin şərtlərinin dərhal yerinə yetirilməsi tələb olunacaq. 
Məlumat üçün qeyd edək ki, aksiya “Platz der Vereinten Nationen 1, 53113 Bonn” ünvanında keçiriləcək.

©  Xeber.de

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!