Bonnda koronavirusa yoluxanların sayı artıb

  • Avropa
  • 22 Mar 17:47
  • 442 Oxunma
img
+    -

Almaniyanın Bonn şəhərində koronavirusa yoluxanların sayı 132-ə çatıb. Xeber.de-nin məlumatına görə, bu barədə Bonn şəhər bələdiyyə başqanı Aşok Sridharan öz “Twitter” hesabında yazıb. 

Bələdiyyə başqanı bildirib ki, vətəndaşlara evdə qalmaları ilə bağlı çağrışlar etsələr də, buna tam əməl edilmir: “Görünən odur ki, biz əlavə tədbirlər görmək məcburiyyətində qalacağıq. Çünki xəbərdarlığa baxmayaraq, insanlar şəhərdə böyük qruplar şəklində gəzirlər. Bu da olduqca təhlükəlidir”.

Bələdiyyə sədri qeyd edib ki, bazar ertəsi günü böhran qrupu ilə mövcud vəziyyət bir daha müzakirə ediləcək. 

Məlumat üçün bildirək ki, Almaniya üzrə 22 888 nəfər koronavirusa yoluxub, 88 nəfər ölüb, 239 nəfər isə, sağalaraq karantin altına alınıb. Ölkədə ən çox koronavirusa yoluxma faktı Şimali Reyn-Vestfaliya əyalətində qeydə alınıb. Bu əyalətdə 7361 nəfər koronavirusa yoluxub, 24 nəfər ölüb. 

Foto © Xeber.de

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar