Brüssel və Amsterdamda muğam konserti keçirilib - VİDEO

  • Avropa
  • 19 Dek 20:56
  • 271 Oxunma
img
+    -

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Belçikanın paytaxtı Brüssel və Niderlandın paytaxt Amsterdamda muğam konserti keçirilib. Bu barədə Xeber.de-yə Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev məlumat verib. 

Onun sözlərinə görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Zakir Əliyevin rəhbərlik etdiyi “Şur” instrumental ansamblının verdiyi konsertdə Brüssel və Amsterdam şəhərlərindəki diplomatik korpusun, şəhər ictimaiyyətinin və Avropadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Konsert proqrmalarında Zakir Əliyev və onun gənc tələbəsi Mənzurə Əbdürrəhmanova “Şur” intrumental ansamblının müşayiəti ilə muğam parçaları və təsniflər ifa ediblər. Onların ifaları tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.

Konsert proqramları Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Avropa Azərbaycanlıları Media Qrupu və Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurası və Emil Əliyevin birgə təşkilatçılığı ilə baş tutub. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Oxşar yazılar