Bu hospitalda xəstə ürək masajı ilə həyata qaytarıldı -FOTO

img
+    -

 

Ege Hospita”la ürəkdə  öldürücü aritmiya və ürək - tənəffüs dayanması vəziyyətində gətirilmiş  1978-ci il təvəllüdlü Səməd Əhədov adlı xəstə 2 saatdan çox ürək masajı edilərək həyata qaytarılıb. Xeber.de-yə daxil olan məlumatda deyilir ki, “Ege Hospital”ın uzman kardioloqu Aysel İslamlı tərəfindən angioqrafiya laboratoriyasına alınan xəstənin ürəyini qidalandıran tac damarlarının tıxalı vəziyyətdə olması aşkar edilib. 

Ürək damarından tromb aspirasiya edilərək təmizlənib , balon və stent yerləşdirilərək damar axınının bərpası əməliyyatı həyata keçirilib. Əməliyyatdan öncə və sonra aritmiya “fırtınası” yaşayan xəstəyə 25-30 dəfə elektroşok uyğulanıb. Nəticədə xəstə həyata döndürülüb. 

Uzman kardioloq Aysel İslamlı bildirib ki,  tez-tez bu vəziyyətdə olan  xəstələrlə rastlaşırlar. Amma bu qədər uzun çəkən  ürək masajı sonrasında xəstənin gündəlik həyatını tam sağlam şəkildə davam etdirməsi çox sevindirici və nadir bir vəziyyətdir. 

5 gündən sonra evə buraxılan Səməd bəyin övladları bildirib ki, öncə Allahın sonra isə, həkimlərin sayəsində ataları bu gün onlarladır : “Allah heç bir övladı valideynsiz etməsin.  Bizi atasız qoymadığı  üçün Aysel həkimə və  “Ege Hospital” kollektivinə öz dərin minnətdarlığımızı bildiririk".

Qeyd edək ki,  Səməd Əhədov iki övlad atasıdır. Əslən Mingəçevirdə doğulub, Samux rayonunda yaşayır.



Ünvan : Akademik Həsən Əliyev küçəsi 38.

Tel: 11-17 və ya 050 299-11-17

"Ege hospital" – Sağlamlığınız Sağlamlığımızdır!

 

 

 

Oxşar yazılar