Daha 29 azərbaycanlı Almaniyadan deportasiya edilib 

  • Avropa
  • 03 Mar 00:35
  • 351 Oxunma
img
+    -

Almaniyanın Berlin şəhərindən Azərbaycana 29 həmvətənimiz deportasiya edilib. Bu barədə Xeber.de-yə Almaniyada yaşayan hüquqşünas Əlövsət Əliyev məlumat verib. Onun sözlərinə görə, 29 fevral 2020-ci ildə Almaniyada qanunsuz yaşayan və ya qaçqın statusu haqqında müraciətinə rədd cavabı verilən 29 həmvətənimiz polisin və təcili yardım maşınlarının müşaiyəti ilə hava limanına aparılıb. Daha sonra onlar xüsusi çartet reysi ilə Azərbaycana - H.Əliyev adına hava limanına yola salınıblar. 

Məlumata görə, səhhətində olan problemləri nəzərə alaraq bir ailəni Berlində təyyarəyə mindirmək mümkün olmayıb və həmin ailə deportasiya olunmayıb. Hava limanında onları Dövlət Miqrasiya və Sərhəd Xidmətlərinin əməkdaşları qarşılayıb. Hüquqşünas bildirib ki,  bu son 5 ayda Azərbaycana üçüncü kütləvi deportasiya hesab oluna bilər. 

“Daha əvvəl, 18 oktyabarda 19 nəfər, 14 noyabrda isə 61 nəfərdən çox həmvətənimiz Azərbaycana xüsusi reyslə deportasiya edilib”-deyə Ə.Əliyev bildirib.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar