Avropada daha bir Azərbaycan Evinin açlışı olub

  • Avropa
  • 28 Dek 15:42
  • 318 Oxunma
img
+    -

Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Xeber.de-yə verilən məlumata görə, Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Səlhət Abbasova, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsi İbrahim Səfərli, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri, diaspor fəalları və media təmsilçiləri iştirak ediblər.

Tədbirdə səfir Vilayət Quliyev, Dövlət Komitəsinin nümayəndəsi Səlhət Abbasova, macar icmasının təmsilçisi Farkaş Jozef, Subyektiv Dəyərlər Fondunun (Subjective Values Foundation) rəhbəri Marsel Lorinç, diaspor təşkilatlarının rəhbərləri Ramiz Əmirli, Svetlana Abdullayeva, Əliağa Ağayev və Cavid Əhmədov çıxış edərək soydaşlarımızı bu önəmli hadisə münasibətilə təbrik ediblər. Dövlət Komitəsinin Strateji Yol Xəritəsinə uyğun olaraq xaricdə açılan Azərbaycan evlərinin soydaşlarımızın birgə fəaliyyəti, şəbəkələşməsi, azərbaycançılııq ideologiyası ətrafında birləşməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycan evlərinin dövlətini və xalqını sevən, milli maraqlarımıza hörmətlə yanaşan hər kəs üçün açıq bir müzakirə məkanı, görüş yeri olduğu vurğulanıb. Tədbirdə macar dostların iştirakı xalqımızın multikultural ənənələrin daşıyıcısı olması, bəşəri dəyərlərə hörmətlə yanaşması və yaşadığı cəmiyyətə sıx inteqrasiyası kimi qiymətləndirilib.

Tədbir konsert proqramı ilə davam edib.

Xatırladaq ki, bu, son həftə ərzində xaricdə açılan 3-cü Azərbaycan evidir. Dekabrın 24-25-də Almaniyanın Berlin və Köln şəhərlərində Azərbaycan evlərinin açılış mərasimləri keçirilib.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

 

Oxşar yazılar