Danimarka könüllü qayıdan qaçqınlara 21 min dollar verir

  • Avropa
  • 06 Dek 03:17
  • 405 Oxunma
img
+    -

Suriyadakı müharibədən qaçaraq yeni bir həyata başlamaq istəyən suriyalılar Türkiyə başda olmaqla bir çox Avropa ölkəsinə sığındılar. Xeber.de-nin məlumatına görə, hazırda Avropada istənməyən suriyalılar müxtəlif təşviq proqramları ilə geri göndərilirlər. 

Artıq Danimarka da könüllü geri qayıdışları sürətləndirmək üçün qaçqınlara maddi yardım etməyə başlayıb. 

Çox az qaçqın qəbul edən Avropa ölkələrindən olan Danimarka öz ölkəsinə qayıdan qaçqınlara adambaşına 140 min kron (təxminən 21 min dollar) verir. 

Bu ilin sonuna kimi ölkənin layihəyə görə 100 milyon dollar ödəməsi gözlənilir. 

İndiyə kimi Danimarka hökumətinin başlatdığı geri dönüş proqramından 438 qaçqın yararlanaraq vətənlərinə qayıdıblar. 

 

 

 

 

 

 

 

Oxşar yazılar