Deport olunan mühacir hava limanında saxlanıldı - VİDEO

  • Avropa
  • 21 May 00:51
  • 200 Oxunma
img
+    -

Ötən gün Almaniyadan deportasiya edilən mühacir Ziya İbrahimli Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Yaxınlarının iddiasına görə, onun saxlanılmasına səbəb Almaniyada Azərbaycan hakimiyyəti əlyehinə keçirilən askiyalarda iştirakı olub.
Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev Ziya İbrahimlinin saxlanılmasında siyasi motivin olmadığını bildirib. E.Hacıyev söyləyib ki, Z.İbrahimlinin barəsində aliment öhdəliyi ilə bağlı axtarış var və o, aidiyyəti üzrə müvafiq ədliyyə orqanına təhvil veriləcək.
Bununla da  ötən ilin iyun ayından indiyə kimi Almaniyadan Azərbaycana deport edilən və ardınca həbs olunanların sayı 6 nəfərə çatıb. Həmin şəxslər Azərbaycan Respublikası vətəndaşları Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev və Pünhan Kərimlidir. Sonuncu dəfə bu ilin aprelin 21-də Samir Aşurov həbs edilib.

Xeber.de

Oxşar yazılar