Deportasiya olunan cinayətkarlar Almaniyaya qaytarılıb - VİDEO

  • Avropa
  • 07 Sen 17:31
  • 107 Oxunma
img
+    -

Almaniya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ötən həftə  Əfqanıstandan daha 4587 nəfər Almaniyaya gətirilib. Onlardan 3849 nəfəri Əfqanıstan vətəndaşıdır. Almaniyaya gələn əfqanlar arasında vaxtı ilə müxtəlif cinayətlər törədərək, ölkəsinə deportasiya edilən şəxslər də var. Həttda onlardan biri 9 yaşlı öz qızına təcavüz etdiyinə görə, Almaniyada 8 il həbs cəzası çəkdikdən sonra Əfqanıstana deportasiya edilən Sardar Mohammeddir. Qanunla onun Almaniyaya girişinə 2026-c ilə qədər qadağa qoyulsa da, ötən gün Almaniyaya gələnlər arasında o, da olub. Federal Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Almaniyaya gətirilən Əfqanıstan vətəndaşlarından 200-ündə şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmayıb.

Oxşar yazılar