Deputat tələbə qızlarla bağlı təklif verdi - VİDEO

img
+    -

"Mən təklif edirəm ki, qızlarımızın ali təhsil alması üçün dövlət onların ödənişini öz üzərinə götürsün". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev bildirib.
Deputat deyib ki, qızların ali təhsil almasına ataları tərəfindən qarşıdurmanın yaranması daha çox Aran və Cənub bölgəsində özünü göstərir: "Qız uşaqları universitetə qəbul olanda və ödənişli təhsil alacaqsa, ataları onlara təhsil alması üçün icazə vermir. Bunun daha çox Aran və Cənub bölgəsində şahidi oluruq. Mən təklif edirəm ki, qızlarımızın ali təhsil alması üçün dövlət onların ödənişini öz üzərinə götürsün".

Xeber.de

Oxşar yazılar