Diaspor rəhbərindən Fuad Muradova ağır ittiham

  • Avropa
  • 04 Avq 11:01
  • 592 Oxunma
img
+    -

“Mən açıq deyirəm və ölkəmizdə fəaliyyət göstərən bir sıra məsul orqanların rəhbərlərinin diqqətinə də çatdırıram ki, Fuad Muradov ətrafında demək olar ki, ən çox dövlətimizin maraqlarını söyüb-təhqir edən, Avropada Azərbaycan dövləti və rəhbərliyinə qarşı mitinq təşkil etdirərək, ulu öndərin və cənab Prezidentin şəkillərini yerə atdıran, üstündən keçən insanları toplayır”. Xeber.de-nin məlumatına görə, bunu “analoq.az”a müsahibəsində Almaniyanın Bonn şəhərində fəaliyyət göstərən “Alman-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Naibə Hacıyeva söyləyib. O, müsahibəsində bildirib ki, bu barədə yetərincə fakta sahibdir.

“Əgər mənim əlimdə faktlar, dəlillər olmasa idi bunları deməzdim. Amma yenə də sual edirəm, axı nəyə görə, nə üçün? Olmaya gələcəkdə Fuad Muradov vəzifəsindən azad olunandan sonra, həmin satqınlardan, milli xəyanətkarlardan öz şəxsi maraqları üçün istifadə etmək səbəbindən belə edir? Yəni, indidən özünü sığortalayır”- deyə, N.Hacıyeva vurğulayıb.

Məlumat üçün bildirək ki, Naibə Hacıyeva bir müddət əvvəl də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən verilən təşəkkürnamədən imtina etmişdi.

 

Oxşar yazılar