Diaspora sədri koronavirusa yoluxub

  • Avropa
  • 27 Mar 13:16
  • 185 Oxunma
img
+    -

Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub. Xeber.de-nin məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin M.Fətəliyevanın doğum günü ilə bağlı yazdığı təbrik mesajında qeyd edilib. 

“Fransada doğma Vətənimizin zəngin mənəvi, intellektual potensiala, qədim tarixə və mədəniyyətə malik bir ölkə kimi tanıdılmasında sizin xüsusi xidmətləriniz var. Təəssüf hissi ilə qeyd edirik ki, dünyanı cənginə almış koronavirus böhranı sizdən də yan keçmədi. Bu ağır günlərinizdə Dövlət Komitəsi adından sizə şəfa diləyir, tez bir zamanda sağlamlığınıza qovuşmağı arzu edirik”- deyə komitənin təbrik mesajında qeyd edilib. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar