DİN Şuşa və Ağdam səfərlərinin təhlükəsizlik qaydalarını açıqladı - VİDEO

img
+    -

"Qarabağa səfər üçün bilet almış şəxsin icazəsi elə həmin tarixdən başlayır. Bu ərazilərə səfərlər zamanı üstünlük hüququ olan insanlar yoxdur. Hamıya bərabər şərait yaradılıb". Bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edən Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini Eldəniz Məmmədov deyib.
"Səfər edənlərə orada gecələməyə icazə verilməyəcək. Bu, təhlükəsizliyə görə lazımdır. Vətəndaşlar bir neçə saat orada vaxt keçirdikdən sonra geri dönəcəklər", - deyə o, qeyd edib.

Xeber.de
 

Oxşar yazılar