Almaniyada evini ancaq almanlara kirayə verəcəyini deyən Ausburq şəhər sakini cərimələnib.
Xeber.de-nin məlumatına görə, ev sahibi daha öncə Türkiyə vətəndaşı olan müştərisi ilə yaşadığı problemlərə görə, artıq əcnəbilərə ev verməyəcəyini bildirib.
Evi kirayələmək istəyən Burkina-Faso vətəndaşı Ausburq şəhər Federal İdarə Məhkəməsinə müraciət edib.
Məhkəmə irqçilik etdiyi üçün ev sahibi olan Almaniya vətəndaşını 1000 avro məbləğində cərimələyib.
Foto © Fərahim İLQAROĞLU / Xeber.de
Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə QOŞUL!