Əflatun Amaşov Baş Prokurorluğa çağrılmasından danışdı 

img
+    -

“Səhərdən məsələdən xəbərdar idim. İstədim fikir verməyim. Həm də gözlədim ki, axşam olsun, reaksiyalara baxım, özüm üçün müəyyən nəticə çıxarım”. Xeber.de-nin məlumatına görə, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov  onun prokurorluqda dindirilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən söyləyib: “Görünür, kimlərsə xəbərə baxıb şübhədə qalıblar. Ona görə münasibət bildirirəm. Nə üçün ortaya atılıb, kimlərin marağına uyğundur? Guya mən Baş Prokurorluğa çağırılıb jurnalistlərə mənzil bölgüsü ilə bağlı dindirilmişəm. Bəyan edirəm ki, belə bir hadisə baş verməyib. Bu, uydurmadır, ağ yalandır. Başqa nə deyə bilərəm ki... Hər kəsə təşəkkür edirəm!”

Xatırlaaq ki, ləğv edilmiş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs edilməsindən sonra bir sıra jurnalistin, o cümlədən Ə.Amaşovun da istintaqa çağırılması xəbərini vermişdik. Hüquq mühafizə orqanlarındakı mənbələrdən daxil olan məlumatda qeyd olunurdu ki, o, 4 saat dindirilib.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar