Ermənilər Qarabağ mitinqində təxribata cəhd ediblər - FOTO

  • Avropa
  • 12 Okt 02:06
  • 175 Oxunma
img
+    -

Almaniyanın Bavariya əyalətində Azərbaycan Ordusuna dəstək, erməni işğalı və terroruna etiraz məqsədi ilə yürüş-mitinqi keçirilib. Bu bardə Xeber.de-yə mitinqin iştirakçısı, jurnalist Fikrət Hüseynli məlumat verib. O, bildirib ki, bu dəfəki yürüş-mitinqi Nürnberq şəhərində baş tutub. Almaniyada fəaliyyət göstərən Azərbaycan və Türkiyə dərnəklərinin də dəstək verdiyi mitinqdə minə yaxın insan iştirak edib: “Hollandiyadan AND təşkilatı və Milli Şura üzvləri də mitinqə qatılmışdılar. Əvvəlcədən təyin olunan yerə toplaşan mitinq iştirakçıları polis müşaiəti ilə mərkəzi küçələrlə hərəkət edərək “Qarabağ Azərbaycandır”, “Erməni terroruna yox!”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər ölməz, Vətən bölünməz” və s. şüarları Azərbaycan, alman və ingilis dillərində səsləndirirdilər. Bu zaman erməni millətçilərindən bir neçəsi təxribata cəhd etdi. Lakin alman polisinin çevik reaksiyası nəticəsində onlar saxlanılaraq, ərazidən uzaqlaşdırıldılar”.

F.Hüseynlinin sözlərinə görə, yürüş-mitinqi ilk toplanış yerində çıxışlarla davam edib. Çıxışçılar Ermənistanın Gəncə şəhərində 9 nəfərin ölümü, 40-a yaxın insanın yaralanması ilə nəticələnən terror aktı barədə məlumat veriblər. Onlar dünya ölkələrini bu terror aktı qarşısında susqunluq göstərmələrini sərt şəkildə təndiq ediblər. 
Çıxışlarda Ermənistanın Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini yerinə yetirməsi, Qarabağdan silahlı terrorçuların dərhal çıxarılması çağrışları olub. 

Foto © Emil Cəfərov / Timetv / Xeber.de

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar