"Ermənistan Xızı və Abşeron istiqamətində raket atıb" - Hikmət Hacıyev

img
+    -

Ermənistan silahlı qüvvələri Xızı rayonu ərazisinə raket zərbələri endirib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atılıb.

O, həmçinin əlavə edib ki, ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə 4+ kasset tipli “Smerç” raketləri, Su anbarı və elektrik stansiyasının olduğu Mingəçevir şəhərinə isə iki raket atılıb.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar