Evdən işləyən Avropa vətəndaşlarının sayı açıqlandı

img
+    -

Avropa Birliyi (AB) vətəndaşarının 5,2 %-i işlərini evlərindən idarə edirlər. Xeber.de-nin məlumatına görə, bu barədə Avropa Statistika Ofisi (Eurosat)  hesabat yayıb. Hesabatda qeyd olunub ki,  27 AB ölkəsi arasında evdən işləyənlərin çoxluğuna görə Niderland birinci yerdədir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Niderland vətəndaşlarının 14 %-i işlərini evdən idarə edirlər. 

Niderlandı 13,3 % ilə Finladiya, 11 % ilə Lüksenburq, 10 % ilə Avstriya izləyib. Almaniyada vətəndaşların 5 %-i, Fransada 6,6 %-i, İtaliyada 3,6 %-i, İspaniyada 4,3 %-i  evindən çalışır. 

Hesabatda evdən işləyənlərin ən azı olduğu ölkələrin Bolqarıstan, Rumıniya və Xorvatiya olması müəyyən edilib. Bu ölkələrdə əhalinin 0,3 %-1,4 % arası işlərini evlərindən idarə edirlər. 

Foto  © Xeber.de

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar