“Evimi uçurdular, özümü yandıracam” - Qarabağ qazisi - FOTO

img
+    -

Qarabağ müharibəsi iştirakçısı, qazi Natiq Hüseynxanov intihar etməyə hazırlaşır. Xeber.de-nin məlumatına görə, buna səbəb onun Binəqədi rayonu, Mədən 1, Korpus 8 ünvanında tikdiyi fərdi yaşayış evinin icra nümayəndəsi tərəfindən sökülməsidir. 

Qazinin sözlərinə görə, işdə olduğu vaxt usta zəng vuraraq ona deyib ki, əraziyə polis əməkdaşları gəliblər, evini uçurdurlar: “Təxminən iki ay bundan qabaq evimin dam örtüyünü uçurmuşdular. O zaman icra nümayəndəsi məndən 5 min manat pul istəyirdi. Pulu verməyəcəyim təqdirdə, evin tikintisinə imkan verməyəcəklərini bildirdilər. Bütün lazımı orqanlara bu barədə şikayət etsəm də, baxılacaq deyib, yola verdilər”.

Həmin hadisədən sonra evinin tikintisini davam etdirdiyini deyən H.Natiqin sözlərinə görə, bir neçə gün öncə yenə icra nümayəndəsi polis əməkdaşları və ağır texnika ilə əraziyə gələrək, evin tamamilə uçurulması göstərişini verib: “Ustaları zorla ərazidən uzaqlaşdırıblar. Mən gəlib çatana kimi də evi uçurmuşdular. İndi mən bilmirəm neyləyim? Balalarımla küçələrdə yatım? Niyə bu məmurlar vətəndaşla amansızcasına rəftar edirlər? Tək çıxış yolu qalıb, evimin qabağında üstümə benzin töküb, özümü yandıracam”.

Məsələ ilə bağlı, Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, suallarımıza cavab verən olmadı. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar