Eynək və diş müalicəsini dövlət qarşılayacaq

  • Avropa
  • 28 Dek 15:14
  • 377 Oxunma
img
+    -

Fransada yeni ilin ilk günü qüvvəyə minəcək qanunlardan biri də vətəndaşların eynək və diş müalicələrinin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutan “sıfır əlavə haqq”dır. Xeber.de-nin məlumatına görə, Fransada prezident Emnanuel Makronun seçki vədləri sırasında olan eynək sığortası, diş müalicəsi və qulaqcıqların dövlət tərəfindən qarşılnaması ilə bağlı qanunun tətbiqinə 2020-ci ildən başlanılacaq. 

Məsələn, 3 nömrəli bir eynək şüşəsinin qiymətinin 420 avrosunu dövlət qarşılayacaq. Bu rəqəm böyük rəqəmli eynəklər üçün 700 avro olacaq. Yeni qanunda eynək çərçivələrinin qiymətinin 100 avrosunun da dövlət tərəfindən qarşılanması nəzərdə tutulub.

Dişlərinin müalicəsi, protez və çıxarıla bilən protez qoydurmaq istəyənlərin xərclərini 100 % dövlət qarşılayacaq.

Eşitmə ilə bağlı problemləri olan vətəndaşlar isə, qanunun “qulaqlıqların dövlət tərəfindən qarşılanması” bəndindən  2021-ci ildən yararlana biləcəklər. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Oxşar yazılar