Fərari ermənilər AB dövlətlərindən sığınacaq istəyirlər

  • Avropa
  • 30 Okt 14:13
  • 163 Oxunma
img
+    -

Qarabağda döyüşmək istəməyən Ermənistan ordusunun əsgər və zabitləri həbs olunmamaq üçün Avropa dövlətlərinə qaçaraq, sığınacaq istəyirlər. Xeber.de – nin əldə etdiyi məlumatda deyilir ki, son iki həftədə Azərbaycan Ordusunun Qarabağda anti-terror əməliyyatına tab gətirməyən erməni əsgər və yüksək rütbəli zabitlər döyüş meydanını tərk edərək, qaçaq yollarla Avropa dövlətlərinə üz tuturlar. Ermənilərin sığınacaq istədiyi Avropa ölkələrinin başında isə, Fransa, Almaniya və Niderland Krallığı gəlir. 
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) son statistikasına görə, keçən ay pandemiyaya baxmayaraq 9302 nəfər bu ölkəyə gələrək, sığıncaq üçün müraciət edib. Onlardan 421 nəfər müraciət zamanı hansı ölkədən gəldiyini deməyib, kimik bilgilərini təqdim etməyib. 
Hərbiçilərin sığınacaq müraciətini qəbul edən Avropa Birliyi (AB) dövlətləri nələri araşdırmalıdır?
Mövzu ilə bağlı Xeber.de-yə danışan miqrasiya məsələləri üzrə ekspert, hüquqşünas Əlövsət Əliyev bildirib ki, həmin şəxslərə 1951-ci il Cenevrə Konvensiyasına əsasən qaçqın statusu verilir: “Bu konvensiyaya görə, baş vermiş hadisələr nəticəsində irqi, dini əlamət, milli mənsubiyyət, müəyyən sosial qrupa malik olma və siyasi əqidəsi ilə bağlı təqib olunma faktlarına görə yaşadığı ölkədən kənarda olan və ya ölkəsinin himayəsindən istifadə edə bilməyən şəxslərə qaçqın statusu verilir. Ermənistandan olan əsgər və zabitlərin Avropaya qaçıb, sığınacaq istəmələri üçün əsasları yoxdur. Lakin bilirsiniz ki, Suriya, İraq və Əfqanstanda uzun illərdir müharibələr gedir. Türkiyə və Avropada ən çox məskunlaşayan qaçqınlar da elə həmin ölkələrdəndir. Belə adamlar həyatlarına təhlükə olduğuna görə, müharibə vəziyyəti davam etdiyi təqdidə ölkələlərinə qaytarılmırlar”.

Hüquqşünas bildirib ki, əgər Azərbaycan sübut etsə ki, Ermənistandan qaçıb Avropaya sığınanlar arasında insanlıq əleyhinə cinayət törədənlər var, bu halda onlara qaçqın statusu verilə bilməz: “Konvensiyada kimlərə qaçqın statusunun verilməyəcəyi açıq şəkildə yazılıb. Azərbaycan tərəfi insanlıq əleyhinə cinayət törədən erməni əsgər və zabitlərinin əməlləri ilə bağlı sübutları təqdim edərsə, həmin şəxslərə heç bir halda qaçqın statusu verilə bilməz”.
Ə.Əliyev qeyd edib ki, tələbə əsasən onlar öz ölkələrinə və ya hansı ölkə tərəfindən axtarılırlarsa, həmin ölkələrə verilə bilərlər. 

©  Xeber.de

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar