Fransada kim nə qədər yardım alacaq?

img
+    -

Fransada may ayından etibarən milyonlarla ailəyə yardım ediləcək. Xeber.de arti33.com-a istinadən xəbər verir ki, ötən gün Fransada əhaliyə ediləcək yardımların detalları məlum olub.

Baş nazir Eduard Filippe bildirib ki, hökumət koronavirus böhranı səbəbi ilə az gəlirli ailələrə yardım etməyə qərar verib. O, qeyd edib ki, bu məqsədlə 1 milyard avro ayrılıb və həmin məbləğ 4 milyondan çox insana paylanılacaq.

Yadımdan ilkin mərhələdə sosial, işsizlik və mənzil kirayəsi ilə bağlı yardım alan ailələr faydalana biləcək. Bu kateqoriyadan olan insanlara adambaşı 150 avro, uşaqlara isə 100 avro yardım veriləcək.

Yardımlar 15 maydan etibarən verilməyə başlayacaq və bunun üçün heç bir müraciətin edilməsi istənilməyəcək.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar