Fransada sürücülük vəsiqəsi alanlara ŞAD XƏBƏR

  • Avropa
  • 13 Dek 16:30
  • 303 Oxunma
img
+    -

Fransada sürücülük vəsiqəsi olmayan gənclərə 500 avro yardım ediləcək. Xeber.de-nin məlumatına görə, “Bourgogne Franche-Comté” bölgəsində sürücülük vəsiqəsi alan gənclərə 500 avro maddi yardım ediləcək.

Məlumatda deyilir ki, bu yardımdan ancaq “B” keaterqoriyalı sürücülük vəsiqəsi almaq istəyənlər yararlana biləcəklər. Ancaq bu yardımdan yararlanmaq üçün müəyyən şərtləri də yerinə yetirmək lazımdır. 

► 15 saat könüllü çalışmaq lazımdır

500 avroluq yardımdan yararlanmaq istəyən 15-25 yaş arasındakı gənclər mütləq bir sürücülük məktəbində qeydiyyata düşməli, ailəsinin vergi hesabına bağlı olmalı və son olaraq özlərinin seçəcəyi bir dərnəkdə 15 saat könüllü çalışmaq məcburiyyətindədirlər. 

Yardımdan faydalanmaq istəyənlərə 500 avroluq bir çek veriləcək. Onlar həmin seçkləri sürücülük kurslarında rahat bir şəkildə istifadə edə biləcəklər.

Gündüz Nəcəfov

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Oxşar yazılar