Uzun illərdir Fransada yaşayan Şərifə Büyükün vətəndaşlıq tələbi ölkənin daxili işlər nazirliyi tərəfindən rədd edilib. Xeber.de-nin məlumatına görə, Fransanın cənubundakı Dole bölgəsində yaşayan türkiyəli Şərifə Büyük Fransa vətəndaşlığı üçün nazirliyə müraciət edib. Ancaq məmurlar onun həyat yoldaşı Murat Büyükün Türkiyədəki siyasi hakimiyyəti, prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsini göstərərək, onun vətəndaşlıq tələbini rədd edib.
Fransa Daxili İşlər Nazirliyindən Büyük ailəsinə göndərilən rəsmi məktubunda qeyd edilib ki, M.Büyükün Türkiyədə hakimiyyətdə olan partiya ilə bağlılığı olduğundan, onun Fransaya və onun dövlət qurumlarına sədaqəti şübhə altına alınıb. 43 ildir Fransada yaşadığını bildirən M.Büyük nazirliyin bu qərarını “skandal” adlandırıb.
“Türk olduğumuz üçün bunlar olur. Həyat yoldaşım prezident Rəcəb Tayyib Ərdoğana qarşı simpatiyasının olduğunu söylədi. Nazirlik də bunu əsas gətirib, vətəndaşlıq üçün müraciətimizi rədd etdi”- deyə Ş.Büyük söyləyib.
Foto © Xeber.de
Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə QOŞUL!
Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!