Gədəbəydə vəzifəli şəxs 150 nəfərlə təmtaraqlı ad günü keçirib

img
+    -

Ölkə gündəmi Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy məclisi ilə bağlı baş verənlərlə çalxalanarkən,
Xeber.de-yə  Gədəbəy rayonundan məmurların karantin qaydalarını pozduğuna aid daha bir diqqətçəkici məlumat daxil olub. Məlumata görə, bu dəfə qanunu pozanlar Ədliyyə Nazirliyinin və Gədəbəy rayonunun yüksək vəzifəliləri olub. Məlumatda deyilir ki, 18 avqust 2020-ci il tarixdə Xaçmaz cəza çəkmə müəssisənin rəisi polkovnik Azər Firuddin oğlu İbrahimov rayonun Slavyanka kəndində yerləşən "Meh" istirahət mərkəzində 150 nəfərdən artıq adamın iştirakı ilə özünə təmtaraqlı ad günü keçirib. Ad günündə ədliyyə generalı Məhərrəm Qafarov, regional Xəzinə İdarəsini rəisi Namiq Məmmədov, rayonun hüquq muhafizə orqanlarının bir sıra əməkdaşları iştirak ediblər. Bu barədə  rayonda xeyli adam məlumatlıdır.

Yerli sakinlər Ədliyyə Nazirliyi və aidiyyəti orqanların bu tədbirin təşkilatçıları, iştirakçiları və bu qanunsuzluğa şərait yaradanlar barədə tədbir görülməsini tələb edirlər.

Redaksiyadan: Yazıda adı çəkilən şəxslərlə əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı, onları da dinləyib, fikirlərini dərc etməyə hazırıq.

© Xeber.de

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar