Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava düşüb. Xeber.de-nin məlumatına görə, insident bu gün saat 5 radələrində, rayonun “9 aprel” küçəsində baş verib.
Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.
Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.
Bizim Telegram kanalımıza Abunə olun!
Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə QOŞULUN!
Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!