Hitlerin evi ilə bağlı qərar verildi 

  • Avropa
  • 04 İyn 15:57
  • 364 Oxunma
img
+    -

Nasist Almaniyansının lideri, diktator Adolf Hitlerin Avstriyadakı evi ilə bağlı elan olunmuş tenderin qalibi elan edilib. Xeber.de -nin məlumatına görə, Avstriya Daxili İşlər Nazirliyinin elan etdiyi müsabiqədə 12 şirkət iştirak etsə də, qalib “Marte” adlı şirkət olub. 

1889-cu il təvəllüdlü A.Hitlerin 3 mərtəbəli evinin tərtib edildiyi layihənin 2022-ci ildə tamamlanacağı, təmir işlərinin 5 milyon avroya başa gələcəyi bildirilir.

“Euronews”-un verdiyi xəbərə görə, evin polis şöbəsinə çevrilməsinin səbəbi Nasist Almaniyası və Hitler tərəfdarlarının evdən məbəd və ya xatirə yeri kimi istifadə etməsinə mane olmaqdır.

Bu mövzuda tənqidlərə cavab olaraq Avstriyanın daxili işlər naziri Karl Nehammer polisin əsas hüquq və azadlıqların qoruyucusu olduğunu və buna görə də evin polis şöbəsi olaraq ən düzgün şəkildə istifadə ediləcəyini düşünür.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar