Hülusi Akar: "Azərbaycan Ordusu torpaqları həqiqi sahiblərinə qovuşdurdu"

img
+    -

“Hər şey aydındır və birmənalıdır, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Hər kəs bunu anlamalı, heç kim unutmamalıdır".Bunu Türkiyənin milli müdafiə naziri Hülusi Akar Ağdamda yerləşəcək Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərlə görüşü zamanı deyib.

O, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədərimiz kədərimizdir” deyimini yada salıb və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” sözlərini xatırladıb: “Bu, dostluğumuzun və qardaşlığımızın mənasını təşkil edir”.

“Siz həqiqətən də Azərbaycanın azadlığı və müstəqilliyi, doğma torpaqlarının azadlığı üçün imanla dolu sinələrinizi sipər etdiniz. Əsgər marşında deyildiyi kimi "Azərbaycan əsgərləri geri dönməyəcək". Mübarizə davam etdi və hamı ölkə və bayrağı üçün canlarını qoydu və torpaqların təhlükəsizliyi üçün Azərbaycan Silahlı Qüvvələri tələbləri yerinə yetirdi və bu torpaqları həqiqi sahiblərinə qovuşdurdu”, - H.Akar vurğulayıb.

Nazir 44 günün Azərbaycan və türk tarixinə qızıl hərflərlə yazıldığını bildirib: "Ümid edirəm ki, bu 44 gündə qazanılan uğurlar 44 il və daha sonra da danışılacaq".

Mənbə: Report İA / AA  / Foto: AA

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar