İki YAP-çı qadının savaşı: Hakim partiyada parçalanma

img
+    -

Görünən odur ki, Neftçalada hakim partiya iki qadının savaşın qurbanı olacaq və rayonda YAP-a olan etimad tamamilə itəcək

Seçki günü yaxınlaşdıqca əsəblər gərilməkdə və namizədlər arasında gərginlik də son həddə çatmaqdadır. Xeber.de-nin məlumatına görə, Neftçalada isə seçki ilə bağlı maraqlı hadisələr baş verir. Belə ki, 61 saylı Neftçala seçki dairəsindən YAP-ın deputatlığa namizədi Gültəkin Sadıqova rəqiblərindən daha çox partiya içində ona qarşı olanlarla mübarizə aparır. Əldə etdiyimiz məlumata görə xanım Sadıqovanın partiya daxilindəki əsas rəqibi YAP rayon təşkilatının sədr müavini Şəfəq Balaşovadır. Elə rayon təşkilatının sədri Anar Cəfərov da altdan-altdan partiyanın namizədinə deyil, Şəfəq Balaşovaya dəstək verir. Yəni qısacası YAP-ın Neftçala təşkilatı faktiki olaraq öz namizədinə qarşı təxribatlarla məşğul olur.

Qeyd edək ki, 61 saylı Neftçala seçki dairəsindən YAP-ın deputatlığa namizədi Gültəkin Sadıqova Neftçala rayon İcra Hakimiyyətinin başçısının müavinidir. Şəfəq Balaşova isə YAP-ın rayon təşkilatının sədr müavini olmaqla yanaşı, şəhid Elton Həbibov adına 4 saylı Neft,ala şəhər tam orta məktəbinin direktorudur.

Şəfəq Balaşovanın Gültəkin Sadıqovaya qarşı çıxmasının səbəbi barədə redaksiyamıza məlumat verən mənbə bildirib ki, hakim partiyadan deputatlığa iddialı olan Balaşova özünün əsas karyera rəqibi olaraq gördüyü Sadıqovadan bu yolla acıq çıxır. İcra başçısının köməyi ilə YAP-dan namizəd olan Gültəkin Sadıqova isə hazırda çətin vəziyytədədir. Demək olar ki, YAP-ın yerli təşkilatının üzvləri xanım Sadıqovanın təbliğatında ya iştirak etmir, ya da antitəbliğatla məşğul olurlar. Şəfəq Balaşovanın Gültəkin Sadıqovaya qarşı əsas arqumentləri isə bunlar oduğu bildirilir: Gültəkin Sadıqova Neftçalada tamailə nüfuzunu itirib. Onun fəaliyyəti neftçalalılar tərfindən ikrahla qarşılanır və Sadıqova heç də YAP-ın namizədi olmağa layiq deyil. O da qeyd edilir ki, antitəbliğatda Şəfəq Balaşovanın YAP-dan daha layiqli namizəd olacağı xüsusilə vurğulanır. 

Mənbə iddia edir ki, deputatlığa namizəd ola bilməyən Şəfəq Balaşova bu yolla seçkidən sonra Gültəkin Sadıqovanın yerinə keçməyi hədəfləyir və bütün antitəbliğat da buna işləyir. Şəfəq Balaşovanın əsas dəstəkçisinin isə YAP rayon təşkilatının sədri Anar Cəfərov olduğu vurğulanır. Elə bu üzdən də Neftçalada hakim partiyanın təşviqatı həddən artıq sönük keçir və hazırda Gültəkin Sadıqova bütün rəqiblərinə uduzur.

Gültəkin Sadıqovanın qarşısına çəpər olan və ona qarşı antitəbliğatın başında duran Şəfəq Balaşovanın pedoqoji savadının aşağı olduğunu vurğulayan mənbə bildirib ki, mənəvi dəyərlərə görə Şəfəq Balaşova Gültəkin Sadıqovadan heç də geri qalmır. 

Misal üçün mənbə qeyd edir ki, Şəfəq Balaşovanın anası qeyri qanuni olaraq məktəbdə istədiyini edir, müəllimlərin işinə qarışır, bəzən hətta onları şantaj belə edir. Halbuki direktorun anası heç məktəb də işləmir də. Ən diqqət çəkən iddialardan biri isə odur ki, Şəfəq Balaşovanın anası 4 saylı Neftçala şəhər tam orta məktəbinin müxtəlif yerlərinə cadu basdırmaqla məşğul olur. Bu azmış kimi müəllimlərin işinə qarışır və onları təhdid etməkdən belə çəkinmir.

Bu yaxınlarda baş verən qalmaqal isə bütün Neftçalada danışılır. Belə ki, Azərbaycan bayrağını məktəbin zibilxanasından toplayan yaxınlıqdakı çayxananın sahibi buna görə Şəfəq Balaşovaya etirazını bildirib və Azərbaycan dövlətinin atributuna qarşı belə hörmətsizliyə görə məktəb direktorunu qınayıb. Bunu üstündən isə Şəfəq Balaşovanın anası həmin çayxana sahibini küçənin ortasında söyüşlərlə təhdid edərək üstünə hücum edib. Məsələnin böyüməməsi üçün sonradan Balaşova çayxana sahibinə minnətçi düşüb.

Görünən odur ki, Neftçalada hakim partiya iki qadının savaşın qurbanı olacaq və rayonda YAP-a olan etimad tamailə itəcək.

Redaksiyadan: Mövzu ilə bağlı məqalədə adı keçən şəxslərlə əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı. Onları da dinləyib, fikirlərini dərc etməyə hazırıq. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

 

Oxşar yazılar