İlqar Məmmədov YAP-ı müzakirəyə dəvət etdi  - VİDEO

img
+    -

“İndiyə kimi biz Yeni Azərbaycan Partiyasının (YAP) koronavirusla bağlı siyasətini mülayim şəkildə sorğulayırdıq. Çünki bu sahədə heç bir hökumətin böyük təcrübəsi yox idi, hamı sınayaraq öyrənirdi”. Xeber.de -nin məlumatına görə, bunu REAL sədri İlqar Məmmədov deyib. 

Onun sözlərinə görə, artıq bu siyasəti sorğulamağın vaxtı yetişib: “Çünki xalq içində heç bir hörmət qazanmadı. Polis zorakılığı və özbaşınalığı bir alətə çevrildi. Karantin tədbirləri haqqında məlumatlar tam şəffaf məlumatlara əsaslanmalı, dərindən izah edilməlidir. Heç bir inam doğurmayan məmurların, kimliyi bilinməyən exspertlərin rəyi və rəqəmləri əsasında verdikləri qərarlar daha qəbul edilmir”.

İ.Məmmədov bildirib ki, iqtidar partiyası özünü elə aparmamalıdır ki, guya bu problemlərin həlli ilə bağlı bilgilər ancaq onlarda var.

“Apardıqları siyasətin də nəticəsi göz qabağındadır. Biz təkid edirik ki, İctimai Televiziyada sırf bu mövzuda iqtidar-müxalifət müzakirələri keçirilsin. YAP hakimiyyətini rəsmən buna dəvət edirəm”- deyə REAL sədri bildirib. 

 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar