“İnterpol” siyasi fəalları Azərbaycana təhvil verə bilərmi?

  • Avropa
  • 09 Sen 07:43
  • 285 Oxunma
img
+    -

Xaricdə yaşayan bir qrup Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan edilməsi haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb. Məlumatda  göstərilir ki, Avropanın müxtəlif ərazilərində yaşayan bir neçə Azərbaycan vətəndaşı Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı barəsində elan edilən axtarış qərarı icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və "İnterpol"-un Milli Mərkəzi Bürosuna müraciət  edilib. Mövzu ilə bağlı Xeber.de-yə danışan miqrasiya məsələləri üzrə ekspert, hüquqşünas Əlövsət Əliyevin sözlərinə görə, "İnterpol" Azərbaycandakı bürosunun sorğusunun sənədlərini beynəlxalq hüquqa olan uyğunluğunu yoxlamalıdır: “Yoxlayandan sonra əgər görsə ki, burada siyasi baxışlarına, dini etiqadına və ya irqi məsələlərlə bağlı təqib olunma faktı yoxdur, yalnız bundan sonra "İnterpol"un baş katibi məlumatları bazaya yerləşdirmək üçün işçi qrupuna təqdim edə bilər. Xüsusi komissiya  sənədlərə baxandan sonra şəxlər barədə məlumatı "İnterpol" un bazasına yerləşdirməklə bağlı qərar verir. Beləliklə "İnterpol" un baş katibinə müraciət etmək hələ şəxslərin axtarışa verilməsi demək deyil. "İnterpol"un Mərkəzi Bürosu hələ bu şəxslər haqqında daxil olan məlumatları araşdırmalıdır. Müraciətlərin düzgün tərtib olunub-olunmaması kimi detallara da baxılmalıdır”.


Ə.Əliyevin sözlərinə görə, "İnterpol" un Mərkəzi Bürosuna daxil olan məlumatların 90 %-i əsasında axtarış elan edilir: “"İnterpol" məlumatı bazaya yerləşdirdikdən sonra şəxs haqqında dünyanın 194 ölkəsində axtarış başlanılır. Bu "İnterpol"un həmin ölkələrdə olan Milli Büroları tərəfindən həyata keçirilir. Adı keçən şəxslərin Azərbaycana verilmə şansları da yoxdur. Xüsusilə ağır cinayətlər törədərlərsə, həmin şəxslər saxlanılaraq Azərbaycana verilə bilər. Onların törətdiyi cinayətlərin subut olunma ehtimalı aşağıdır. Azərbaycan hökuməti də heç vaxt subut edə bilməz ki, onları ölkədə təqib, insan ləyaqətini alçaldan hərəkətlər, qərəz gözləmir. Həmin şəxlər hətta ayrı-ayrı ölkələrdə saxlanılsalar belə, araşdırma aparacaqlar və görəcəklər ki, bu şəxslər siyasi mühacirlərdir, buraxacaqlar. Ancaq bu adamlar elə ölkərlərə səfər etməlidirlər ki, orada onlar üçün təhlükə olmasın. Rusiya, Türkiyə, Ukrayna və s. "İnterpol" həmin şəxslər barəsində məlumatları bazaya daxil edərsə, onların bu bazadan çıxmaq hüquqları da var”.

Xatırladaq ki, xaricdə yaşayan azərbaycanlı mühacirlər Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib. Onlar hazırda Azərbaycanda həbsdə olan Elvin İsayevlə birləşərək dövlətə qarşı cinayətlər həyata keçirməyə cəhd göstərməkdə ittiham olunurlar. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar